BURADA REKLAMINIZ OLA
BİLƏR

Siyavuş Novruz həyat yoldaşının Ombudsman seçilməsindən danışdı: “Bu məsələdə adımın hallanması doğru deyil"

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov həyat yoldaşı Səbinə Əliyevanın Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilməsi ilə bağlı tənqidlərə münasibət bildirib.

 

Pravda.az-ın xəbərinə görə, S.Novruzov musavat.com-un canlı yayımında deyib ki, bu məsələdə adının hallanmasının əleyhinədir:

 

“İndiyədək heç kəsin ailə məsələsinə qarışmamışam, xahiş edirəm, bu məsələ ilə bağlı müzakirələr aparılmasın. Səbinə Əliyeva hər hansı orta məktəbə müəllim təyinatı almır ki? Ombudsman vəzifəsi ölkənin insan hüquqları ilə bağlı ən mühüm vəzifələrindən biridir. İnsan Hüquqları üzrə Müvəkkil ölkəni həm daxildə, həm də xaricdə təmsil edir. Tanıyanlar bilir ki, Səbinə Əliyevanın kifayət qədər təcrübəsi, biliyi var. O, uzun müddət Konstitusiya Məhkəməsində çalışıb. Bir daha qeyd edirəm ki, indiyədək kiminsə ailə işinə qarışmamışam. Ona görə də bu məsələdə adımın hallanması doğru deyil” – S.Novruzov qeyd edib.

Tarix: 5 Dekabr 2019, 13:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin