Qənirə Paşayeva Ramil Səfərovun qonağı oldu

Milli Məclisin deputatı Qənirə Paşayeva polkovnik-leytenant Ramil Səfərovun evində qonaq olub.

 

Pravda.az-ın xəbərinə görə, deputat bu barədə sosial media hesabında paylaşım edib: “Dəyərli qardaşımız, Macarıstanda məhkəmə qarşısında dayananda, "əgər üzr istəsən, daha yüngül cəza alacaqsan, əks halda, cəzan çox ağır olacaq!" dediklərində belə, son sözündə məhkəməyə üz tutaraq "mən sizdən mərhəmət deyil, ədalət istəyirəm!" deyib, çıxışında ermənilərin işğalçı zehniyyətini və işğalçıların bağışlanmaz hərəkətlərini faktlarla sadalayan mərd zabitimiz Ramil Səfərovun ailəsini ziyarət etdik, geniş fikir mübadiləsi apardıq. "Yüz minlərlə soydaşın, həmvətənin yanındadır!" dedik.

 

Avropa İnsan Haqları Məhkəməsinin qərarını başqa cür şərh etmək istəyənlərə isə demək istəyirəm ki, bu, işğalçı Ermənistanın uğuru yox, tam tərsinə, böyük uğursuzluğu oldu. Çünki Ramillə və Azərbaycan dövləti ilə bağlı qaldırılmış böhtan dolu, əsassız iddiaları, qitə məhkəməsi qəbul etmədi; bununla da ermənilərin bununla bağlı bütün çirkin niyyətləri puç oldu...”.

Tarix: 31 May
Notice: Undefined index: getyear in /home/pravda/public_html/web/pages/news.php on line 26

Notice: Undefined variable: netice in /home/pravda/public_html/web/pages/news.php on line 26
2020, 20:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin