BURADA REKLAMINIZ OLA
BİLƏR

Almaniya qrup lideri, İsveçrə ikinci olub

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun İsveçrə - Almaniya görüşü başa çatıb.

 

Frankfurtdakı "Valdştadion"da keçirilən matç 1:1 hesablı bərabərliklə yekunlaşıb.

 

Qarşılaşmada hesabı 28-ci dəqiqədə isveçrəlilərdən Dan Ndoye açıb. Meydan sahibləri 90+2-ci dəqiqədə Niklas Fullkruqla "status kvo"nu bərpa edib.

 

Bu nəticənin ardından A qrupundakı xallarının sayını 7-yə çatıdran Almaniya birinci, xal ehtiyatını 5-ə çatdıran İsveçrə isə ikinci olub. Hər iki komanda AVRO-2024-ün 1/8 finalına yüksəlib.

 

Report

Tarix: 24 İyun 2024, 00:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin