BURADA REKLAMINIZ OLA
BİLƏR

Şumaxerin “Ferrari”si satıldı – QİYMƏT

Əfsanəvi pilot Mixael Şumaxer 2002-ci ildə “Formula-1”in çempionu olduğu “Ferrari F2002” satılıb.

 

Pravda.az-ın xəbərinə görə, almaniyalıya 5-ci çempionluq qazandıran avtomobil Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən auksionda yeni sahibini tapıb.

 

Mövsümün 17 yürüşündən 11-də qalib gələn M.Şumaxer bunların üçündə - San-Marino, Avstriya və Fransa Qran-Prilərində məhz bu bolidi idarə edib. Avtomobil 6,6 milyon dollara satılıb.

 

Qeyd edək ki, 50 yaşlı M.Şumaxer “Formula-1”in yeddiqat çempionudur. 1994 və 1995-ci illərdə “Benetton”la qalib olan pilot 2000-2004-cü illərdə “Ferrari” ilə ardıcıl 5 uğur qazanıb.Apasport

Tarix: 5 Dekabr 2019, 13:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin