BURADA REKLAMINIZ OLA
BİLƏR

Füzuli rayonunda barama tədarükünə başlanıldı

Prezident cənab İlham Əliyevin respublikada ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın inkişafına dair verdiyi tapşırıq və göstərişləri Füzuli rayonunda ciddi nəzarətdə saxlanılır.


Pravda.az-ın xəbərinə görə, Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, mayın 28-də karantin qaydalarını gözləməklə barama tədarük məntəqəsində olub kümçülərlə görüşüb, onlarla söhbət edib, məsləhət və tövsiyyələr verilib.

 

Bildirilib ki, baramaçılıq xüsusilə 70-80-ci illərdə Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Füzuli rayonunda ən inkişaf edib və gəlirli sahələrdən hesab olunurdu. Alı Alıyev bildirib ki, Prezident cənab İlham Əliyev tərəfindən baramaçılığın uzun fasilədən sonra bərpa olunması regionlarda yaşayan əhalinin məşğulluğunun artırılmasına, onların sosial rifah hallarının yüksəldilməsinə xidmət edir. Alı Alıyev ipəkqurdu saxlayan kümçülərə bildirib ki, keyfiyyətli barama əldə etmək üçün tut yarpağının bol olması ən vacib şərtlərdən biridir. Çünkü ipəkqurdu yaxşı bəslənildikdə, istehsal edilən barama da keyfiyyətli olur. İpəkqurdu saxlayan kümçülər isə Prezident cənab İlham Əliyevin tapşırığı ilə respublikada ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın yenidən bərpa olunmasını yüksək qiymətləndirdilər. Bildirdilər ki, baramaçılığın inkişafı kənd əhalisinin sosial-rifah halının yüksəldilməsinə, məşğulluğunun artırılmasına xidmət edən amildir.


Qeyd olunub ki, ölkə başçısının baramaçılığın inkişafına dair tapşırıq və göstərişlərinə uyğun olaraq bu mövsüm kümçülərə 1250 qutu, 25000 qr ipəkqurdu toxumu rayona gətirilərək paylanılıb. Ötən il baramadan yaxşı gəlir əldə edən kümçülər cari ildə daha çox toxum götürüblər – keçən illə müqayisədə 100 qutu çox. 2019-cu ildə rayon üzrə 49 ton 500 kiloqram yaş barama istehsal edən rayon kümçülərinin builki hədəfi 50 tonun üzərindədir. Hazırda yaş baramanın 1 kq-nın subsidiya ilə birlikdə 9 manat olmasını nəzərə alsaq istehsal olunacaq 50 tondan artıq baramdan rayon sakinləri qısa müddət ərzində 450 min manatdan artıq vəsait əldə edəcəklər. Təkcə baramaçılıqla bu il 625 ailə, 3230 nəfər məşğul olur ki, bu da əlavə iş yerləri, əlavə qazanc və yaxşı güzəran deməkdir. 

Fotoları təqdim edirik
Tarix: 1 İyun 2020, 12:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin