BURADA REKLAMINIZ OLA
BİLƏR

İyulun 1-i axşamadək... - Əhaliyə XƏBƏRDARLIQ

Sabah, iyunun 29-u saat 16:00-a olan faktiki hava açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətimdən verilən məlumata görə, bəzi dağlıq və dağətəyi ərazilərdə qeyri-sabit hava şəraiti davam edir.

 

iyunun 29-u saat 16:00-a olan məlumatına əsasən Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Zaqatala, Yardımlıda arabir yağış yağıb.

 

Sinoptiklərin tərəfindən öncədən verilən narıncı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Goranboyda 23 m/s, Naftalanda 22 m/s təşkil edir.

 

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30, Naxçıvan MR-da 30, Aran rayonlarında 30, dağlıq rayonlarda 19 dərəcəyədək isti olub.

 

Bəzi dağlıq və dağətəyi ərazilərdə müşahidə olunan yağıntılı hava şəraitinin iyulun 01-i axşamadək davam edəcəyi, şərq küləyinin bəzi yerlərdə arabir güclənəcəyi gözlənilir.

Tarix: 29 İyun 2024, 17:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin