BURADA REKLAMINIZ OLA
BİLƏR

Xalid Qasımlıya, Musa Pənahova, Niyazi Rəhimova yüksək vəzifə verildi

Nazirlər Kabinetində yeni təyinatlar olub. Mehman Tağıyev Baş Nazirin köməkçisi təyin edilib.

 

Bu barədə Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib.

 

Xalid Qasımlı Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinin müdiri təyin edilib. X. Qasımlı bundan əvvəl həmin şöbədə müdirin müavini olub.

 

Musa Pənahov isə Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsinin müdiri, Niyazi Rəhimov isə Sosial məsələlər şöbəsinin müdiri təyin edilib.

Tarix: 1 İyun 2020, 17:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin