BURADA REKLAMINIZ OLA
BİLƏR

"Ərzaq və kənd təsərrüfatı məhsullarının qiymətləri də qalxacaq"

"Yanacağın və nəqliyyat xidmətlərinin qiyməti qalxırsa, ərzaq və kənd təsərrüfatı məhsullarının qiymətləri də qalxacaq. Zəncirvari prosesdir. Haqqında çox danışdığımız iqtisadiyyatın şaxələndirilməsi prosesində gecikirik, neft və qaz satışının asılılığından qurtulmaq lazımdır. Ərazi bütövlüyümüzü təmin etdik, ən böyük hədəflərimizdən birinə çatdıq, növbəti hədəfimiz insanların rifah halının yüksəlməsi, iqtisadi və sosial problemlərin həlli olmalıdır".

 

Pravda.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

 

O bildirib ki, nəqliyyat xidmətləri gələcəkdə də arta bilər, həssas təbəqə üçün güzəştlərin tətbiqinə ehtiyac var: "Qaldırılan nəqliyyat qiymətləri hər gün avtobus və metrodan istifadə edən tələbələr, təqaüdçülər və aşağı gəlirli vətəndaşlarımız üçün ağır yükə çevriləcək. Bəyənmədiyimiz sovet dövründə təqaüdçülər və tələbələr müxtəlif güzəşlərdən istifadə edirdilər. Bir çox ölkədə tətbiq olunan mexanizmdən istifadə olunmalıdır, nisbətən ucuz qiymətə 1 ay, 3 ay və 1 illik avtobus və metro kartları satışı çıxarılmalıdır. Qardaş Türkiyədə yaşı 65-dən yuxarı olan vətəndaşlara verilən nəqliyyat kartları onların şəhər daxilində pulsuz daşınmasına imkan verir. Kartlardan müharibə veteranları və şəhid ailələri də istifadə edir".

Tarix: 1 İyul 2024, 17:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin