BURADA REKLAMINIZ OLA
BİLƏR

Memar və "Azərpoçt" arasında gərginlik - "Fotodakı avtomobil rəhbərliyə aid deyil" - YENİLƏNDİ

"Azərpoçt" MMC - İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afaq İbrahimova tanınmış memar Elçin Əliyevə cavab verib.

 

Pravda.az-ın xəbərinə görə, o, E.Əliyevdən nöqsanların konkret qeyd edilməsini istəyib.

 

"Sizin təəssüratınızın əsasında hansısa qarşılaşdığınız problemmi dayanır? Lütfən, narazı olduğunuz məqamı konkret qeyd edin ki, biz də bundan faydalanaq, nöqsanlarımızı düzəldək. "Azərpoçt" olaraq, artıq 2 ildən çoxdur ki, vətəndaşları maksimum şəkildə dinləməyə, narazılıqları həll etməyə çalışırıq. Onu da qeyd edim ki, internet xidmətlərinin təmini "Azərpoçt"un xidmət sahəsi deyil, müvafiq quruma müraciət edə bilərsiniz", - A.İbrahimova qeyd edib.

 

E.Əliyev isə şöbə müdirinə belə cavab verib: "Bir-iki dəfə kabinetdən çıxıb səhər-səhər, iş vaxtı başlayanda, ora gedib, özünüz baxın ki, təşkilatınız nə vəziyyətdədir..."

 

A.İbrahimova isə bildirib ki, E.Əliyevin qeydi, təəssüf ki, ümumi təəssüratdır, həm də hansısa xidmətin göstərilməsi konkret baş vermiş nöqsan deyil: "Həmin iş masaları növbəli şəkildə işləyir. Sizin kimi narazı müştərilərimiz kimi razı müştərilərimiz də var. Amma məsələ konkret deyiləndə, biz böyük məmnuniyyətlə səhvimizi düzəltməyə çalışırıq. Bu şikayətiniz də aidiyyatı üzrə yönləndirilib, amma bir daha qeyd edirəm, bu hal üzrə xüsusi tədbir görülməsi mümkün deyil. Binanın qarşısında fotosunu çəkdiyiniz maşın isə "Azərpoçt"un rəhbərliyinə aid deyil, araşdıra bilərsiniz".

 

Memar isə avtomobillə bağlı qeydinə görə üzr istəyib.

 

***

13:30

 

Hər dəfə "Azərpoçt" Üzeyir Hacıbəyov küçəsindəki mərkəzi şöbəsinə gələndə, sanki zaman maşını ilə sovet keçmişinə qayıdırsan: onlarla xidmət yerlərindən cəmi 2-3-ü açıq olur, xanımlar telefonlarına baxa-baxa boş otururlar, daimi növbələr, zəif təşkilatçılıq, işçilərin mədəniyyətsizliyi və laqeydliyi...

 

Pravda.az xəbər verir ki, bunu tanınmış memar Elçin Əliyev bildirib.

 

"Rəhbərlik nə qədər absurd görünsə də lüks maşında gəzir. Nə üçün?! Həqiqətən işləməyən adi bir poçt xidməti!" - o qeyd edib.

Fotoları təqdim edirik
Tarix: 2 İyul 2024, 18:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin