BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan XİN başçısı: “Erməni həmkarımla görüşümüz kifayət qədər çətin keçdi”

“Dünən erməni həmkarımla 3 saat yarımdan çox davam edən görüşümüz oldu. Sizə deyə bilərəm ki, bu, kifayət qədər çətin müzakirələr idi”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in Nazirlər Şurasının 26-cı iclasında çıxışı zamanı deyib.

 

O bildirib ki, qarşıda hələ də həllini tapmayan məsələlər var.

 

“Biz ATƏT-in Minsk qrupunun həmsədrləri ilə mərhələli həll yollarını müzakirə edirik. Təbii ki, ilk növbədə konfliktin nəticələri aradan qaldırılmalı, erməni silahlı bölmələri BMT-nin qətnamələrində göstərildiyi kimi, Dağlıq Qarabağ və ətraf rayonlardan çıxarılmalıdır. Bu, bizə danışıqlarda növbəti mərhələyə keçməyə imkan verəcək. Hansı ki, burada ərazinin statusu məsələsini müzakirə edə bilərik”, - deyə E. Məmmədyarov qeyd edib.APA

Tarix: 5 Dekabr 2019, 16:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin