BURADA REKLAMINIZ OLA
BİLƏR

DYP-dən xəbərdarlıq: Kimlərəsə arxayın olanlar bilsinlər ki, qanun hamı üçündür

Kimlərəsə arxayın olanlar bilsinlər ki, qanun hamı üçündür və bu məsələdə heç bir istisna ola bilməz.

 

Bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev yol hərəkəti qaydalarını pozan qadın sürücünün əməli bağlı feysbukdakı hesabında yazıb.

 

“İstisnalar qanun qarşısında bərabərliyi pozar, bərabərliyin pozulması isə yollarda imtizamsızlıq doğurar. Fərqlənmək üçün qaydaları pozma, qaydalara əməl edərək fərqlən”, - DYP rəsmisi əlavə edib.

 

R.Tağıyev sürücünün qayda pozuntusunu əks etdirən videogörüntünü də paylaşıb.

Tarix: 4 İyul 2024, 07:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin