BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanlı Xalq artisti huşsuz vəziyyətdə tapıldı - FOTO

Əslən azərbaycanlı olan Rusiyanın Xalq artisti Tereza Durova öz evinin dəhlizində huşsuz vəziyyətdə tapılıb. Onu gec gəlməsindən narahat olan sürücüsü aşkarlayıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə “5-TV” məlumat yayıb.

 

Həkimlər onun insult keçirdiyini bildiriblər. Hadisənin təfərrüatı məlum deyil.

 

Qeyd edək ki, Tereza Durova Azərbaycanda musiqiçi və təlimçi Hannibal Nacarovun və fil məşqçisi Tereza Durovun ailəsində dünyaya gəlib. O, Rusiya imperiyasında məşhur sirk artisti Anatoli Durovun nəticəsidir.

Fotoları təqdim edirik
Tarix: 5 Dekabr 2019, 17:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin