BURADA REKLAMINIZ OLA
BİLƏR

AFFA bu komandanı çempionatdan kənarlaşdırdı

«İrəvan» gələn mövsüm II Liqaya buraxılmayacaq.

 

Ötən sezon I Liqada mübarizə aparan, adı daim qalmaqallarda, oyun «alver»ində hallanan, əsasnamənin tələblərini dəfələrlə pozan, nəhayətdə, lisenziyalaşdırma tələblərini yerinə yetirmədiyi üçün çempionatdan kənarlaşdırılan klub növbəti sərt cəzayla üzləşib.

 

AFFA rəhbərliyi mayın sonunda I Liqadan uzaqlaşdırdığı «İrəvan»ın rəhbərliyinin qeyri-adekvat mövqeyini görüncə, II Liqanın qapılarını onların üzünə bağlayıb.

 

Yekun qərar bu gün İcraiyyə Komitəsinin iclasında açıqlanacaq. «İrəvan»ın yerinə Region Liqasından bir komandanın II Liqaya buraxılması gözlənilir.

 

Sportinfo

Tarix: 12 İyul 2024, 14:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin