BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda institut yarım milyon manata satışa çıxarıldı

Sumqayıt şəhərində dövlət müəssisəsi hərraca çıxarılacaq. İqtisadiyyat.az xəbər verir ki, hərrac avqustun 13-nə təyin olunub.

 

Belə ki, həmin tarixdə şəhərin 44-cü məhəlləsində yerləşən Azərbaycan Dövlət Elmi-Tədqiqat Kimya İnstitutu hərraca çıxarılacaq.

 

Ləğv edilmiş Azərikimya Dövlət Şirkətinin tabeliyində olan institutun ümumi faydalı sahəsi 58,1 kv.m, özəlləşdirilən torpaq sahəsi 1880,4 kv.m-dir.

 

İnstitutun işçilərin sayı 3 nəfərdir.

 

Hərraca çıxarılan institutun ümumi ilkin (start) satış qiyməti 415508 manatdır.

Tarix: 12 İyul 2024, 16:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin