BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağcaqanad sancmasından əziyyət çəkənlər MÜTLƏQ OXUSUNLAR

Türkiyəli mütəxəssislər yay aylarında ağcaqanaq, arı, birə, gənə sancmasından əziyyət çəkənlər üçün tez təsiredici metodlar irəli sürüblər. 


Pravda.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, həşərat sancmasının əks təsirindən ən çox azyaşlı uşaqlar əziyyət çəkirlər. 


Ağcaqanad sancması dəridə qızartı, qaşınma və şişlik yaradır. Lakin qaşınma başlayırsa, edəcəyiniz ilk şey həmin nahiyəni sabun və su ilə yumaqdır. Sonra buz tətbiqi mütləqdir. Allergik reaksiyalar zamanı isə həkimə müraciət edilməlidir. 


Xüsusilə uşaqlar ən təsirli bitki mənşəli milçəkqovucu lavanda və mixək yağıdır. Mütəxəssilərin sözlərinə görə, bu iki yağ ağcaqanadların dolaşdığı paltar və ya ətrafdakı əşyalara püskürdülməlidir. 


Kimyəvi tərkibli milçəkqovucularından istifadə edilməməlidir. Rütubət çox olan və ya bataqlıq ərazilərdə ağcaqanadlar daha çox olduğu üçün torlardan istifadə edilməsi tövsiyə olunur.  


Yay aylarında ən çox rast gəlinən arı sancmaları da qızartı, şişlik və qaşınma ilə müşahidə 1-2 saat ərzində şiş yatmırsa, bu, dəridə arının iynəsinin qaldığından xəbər verir, belə halda mütləq həkimə müraciət etmək lazımdır. Arı sancması zamanı da həmin nahiyə sabunlu su ilə yuyulmalı və buz tətbiq edilməlidir. Bədəndə allergik reaksiyalar, ürəkbulanma, qusma, başgicəllənmə, tənəffüs çətinliyi kimi simptomlar varsa, həkim nəzarəti mütləqdir. 


Mütəxəssislər deyirlər ki, yay aylarında gənə sacması daha çox meşəlik ərazilərdə və bağ evlərində müşahidə olunur. Krım-Konqo qızdırması kimi bəzi mühüm xəstəliklər gənə vasitəsilə keçə bilir. Bu səbəbdən uşaqda gənə dişləməsi aşkar edilərsə, gənə dərhal çıxarılmalı, ən yaxın tibb müəssisəsinə müraciət edilməli və gənə tibb işçiləri tərəfindən götürülməlidir. Gənəyə spirt və ya odekolon kimi kimyəvi maddələr vurulmamalıdır. Gənənin olduğu yerə isti məhlul vurmaq, gənəni yandırmaq olmaz. 


Xüsusilə ev heyvanları saxlayanlar uşaqlarda birə dişləmələrinə diqqət etməlidirlər. Birə dişləməsi nəticəsində adətən dizin altında nazik, qaşındıran qırmızı qabarıqlar əmələ gəlir. Buz və ya kalamin losyonu tətbiq etməklə qaşınmanı azaltmaq olar. 


Aytəkin Qardaşova 

  

Tarix: 13 İyul 2024, 12:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin