BURADA REKLAMINIZ OLA
BİLƏR

ABŞ Məxfi Xidməti Trampın təhlükəsizliyini gücləndirməkdən imtina etdiyi iddialarını rədd edir

ABŞ Məxfi Xidmətinin keçmiş prezident Donald Trampın təhlükəsizliyini gücləndirməkdən imtina etməsi ilə bağlı bəyanat həqiqətə uyğun deyil.

 

Bu barədə Gizli Xidmətin kommunikasiya rəhbəri Entoni Giulielmi X sosial şəbəkəsində məlumat verib.

 

“Keçmiş prezidentin komandasının üzvünün əlavə təhlükəsizlik resursları tələb etməsi və rədd edilməsi barədə yalan iddia var. Bu, tamamilə yalandır”, - Giulielmi yazıb. O əlavə edib ki, departament Tramp kampaniyası çərçivəsində əlavə qoruyucu resurslar, texnologiya və imkanlar təqdim edib.

 

Qeyd edək ki, ABŞ Daxili Təhlükəsizlik Departamenti son həftələrdə keçmiş ABŞ lideri Donald Trampın məxfi xidmətdən təhlükəsizliyini artırmaq üçün onun tələbini rədd etməsi barədə “The Federalist” jurnalı yazıb. Jurnal Trampın təhlükəsizliyinin adının açıqlanmayan nümayəndəsinə istinadən xəbər yayıb./APA

Tarix: 14 İyul 2024, 18:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin