BURADA REKLAMINIZ OLA
BİLƏR

“77-QQ-777” – General bu nömrəni Qurban Qurbanova hədiyyə etdi

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova jest edib.

 

Pravda.az sportinfo.az-a istinadən xəbər verir ki, o, Ağdam klubunun çalışdırıcısına “77-QQ-777” seriyalı dövlət nömrə nişanı bağışlayıb.

 

Bu da təsadüfi deyil. Generalın futbola böyük həvəsi var. “Qarabağ”ı xüsusən diqqət mərkəzində saxlayır.

 

Öncəki illərdə “Turan Tovuz”a maddi dəstək vermiş R.Zeynalov ara-sıra stadiona da baş çəkir, “köhlən atlar”ın avrokuboklarda keçirdiyi ev oyunlarını izləyir.

Tarix: 14 İyul 2024, 19:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin