BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda işçi geyimləri, ayaqqabıları və aksesuarları istehsal edən və satışını həyata keçirən şirkəti yüksək məbləğdə cərimə gözləyir

"Modamer" MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İş Yasamal Rayon Məhkəməsinin hakimi Rauf Daşdəmirovun icraatındadır.

 


Qeyd: Modamer SR Group tərəfindən 2023-cü ildə təsis edilmiş Türkiyə brendidir. Azərbaycanda fəaliyyətə başlayan Modamer əsasən işçi geyimləri, ayaqqabıları və aksesuarları istehsal edir və satışını həyata keçirir.

 

Xəyal Quliyev

Tarix: 15 İyul 2024, 08:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin