BURADA REKLAMINIZ OLA
BİLƏR

Kəmalə Ağazadə Aşura günü ilə bağlı ÇAĞIRIŞ ETDİ: “Azyaşlı uşaqları məscidlərdə keçirilən kütləvi mərasimlərə aparmayın”

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə 16 iyul - Aşura günü ilə bağlı valideynlərə çağırış edib. 

 

Pravda.az xəbər verir ki, K.Ağazadə uşaqları məscidlərdə keçirilən mütləvi mərasimlərə aparmamağa səsləyib. 

 

“Məhərrəm ayının Aşura günü azyaşlı uşaqları məscidlərdə keçirilən kütləvi mərasimlərə aparmayın. Körpələrin, azyaşlı uşaqların orada saatlarla günün altında saxlanması və ya müxtəlif qapalı məkanlarda havasızlıq şəraiti, yüksək infeksiya riski onların səhhətində müxtəlif problemlərə yol aça bilir. Eyni zamanda yaşlarına uyğun olmayan məzmunla tanışlıq da uşaqlarda psixoloji travmalara səbəb olur. Çox xahiş edirəm, bu cür həssas məqamları nəzərə alın, uşaqların sağlamlığı məsələlərinə xüsusi olaraq diqqət edin!”, - o bildirib. 

 

Aytəkin Qardaşova 

Tarix: 15 İyul 2024, 16:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin