BURADA REKLAMINIZ OLA
BİLƏR

"Naxçıvanda əmək bazarı daralır, iş yerlərinin yaranması sürəti azalır, hörmətli rəqəmlərlə “rəqs edən” müəllimlər..." - FOTO

Naxçıvanla bağlı son rəqəmlər açıqlamıb, vəziyyət heç də yaxşı deyil.

 

Pravda.az-ın xəbərinə görə, bunu iqtisadçı Natiq Cəfərli bildirib.

Onun sözlərinə görə, Naxçıvanda əmək bazarı daralır, iş yerlərinin yaranması sürəti azalır: "Rəsmi qurumlar deyir ki, Naxçıvanda ÜDM artıb. Bu paradoksun ideya müəllifləri rəqəmlərini sübut etsələr, yəqin ki, iqtisadiyyat üzrə Nobel mükafatı ala bilərlər, amma çətin ki, rəsmi qurumlardan izah görək. Keçək rəsmi rəqəmlərə: 

 

2023-cü il aprelin 1-nə Naxçıvanda 109 min nəfər muzdlu işçi vardı. Üç ay sonra – iyulun 1-də həmin işçilərin sayı 86 min nəfərə enmiş, başqa sözlə, 23 min nəfər azalmışdı. Azalma daha sonra da davam edib, oktyabrın 1-nə muxtar respublikada 60 min 335 nəfər muzdlu işçi olub. Deməli, son altı ayda Naxçıvandakı muzdlu işçi sayı 50 min nəfərə yaxın və ya 45 faiz azalıb. 2022-ci ilin eyni dövrü ilə müqayisədə muxtar respublikadakı muzdlu işçi sayında azalma 50 faizə yaxındır. Başqa deyimlə, son bir ildə burada rəsmi əmək müqaviləsi ilə çalışan hər iki işçidən biri işini itirib. 

 

Bu ilin, 2024-cü ilk 6 ayı ilə bağlı da rəsmi rəqəmlər açıqlanıb: 1) Naxçıvan iqtisadiyyatına investisiya qoyuluşu 18 % azalıb, 2) Bu ilin ilk 3 ayında Naxçıvanda CƏMİ 372 (!) iş yeri açılıb. Bir daha, bu, rəsmi rəqəmlərdir.

 

Deməli, keçən il iş yerlərinin yarısı bağlanıb, bu ilin ilk 3 ayında cəmi 372 iş yeri açılıb, investisiya qoyuluşu keçən ilin 6 ayına nisbətən 18% (ciddi azalmadır) azalıb, amma hökumətin rəsmi qurumları deyir ki, Naxçıvanın ÜDM-i 2% artıb. Hörmətli rəqəmlərlə oynayan, “rəqs edən” müəllimlər, lütfən izah edin ki, necə olur investisiya ciddi azalıb, keçən il rəsmi iş yerlərinin 50%-i azalıb, bu il cəmi 372 iş yeri açılıb (başlananlar da var ha, onu demirlər), amma ÜDM 2% artıb?! Bunu elmi izah etsəniz, Nobeliniz hazırdı! Bu ilin ilk rübünsdə Culfa, Sədərək, Ordubad, Şahbuz rayonlarında bir iş yeri belə açılmayıb..."

Fotoları təqdim edirik
Tarix: 16 İyul 2024, 13:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin