BURADA REKLAMINIZ OLA
BİLƏR

Bibisi oğluna qarşı 100 minlik dələduzluq edən şəxs kassasiya şikayəti verdi

Bakıda dələduzluqda təqsirləndirilən Salman Məmmədəliyevin barəsindəki qərardan yenidən kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses iyulun 18-nə təyin edilib.

 

Şikayət hakimi İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq. 

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Məmmədəliyev 6 il müddətinə azadlıq məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.


 
İttihama görə, S.Məmmədəliyev bibisi oğlundan aldatma yolu ilə 100 min manat alıb və verdiyi vədə əməl etməyib. Araşdırmalar zamanı məlum olub ki, o, Elşən adlı bibisi oğluna Yevlaxdakı şirkətlərdən birinə bölgə müdiri təyin edildiyini bildirib və gübrə işinə 100 min manat qoyarsa, 15 gün içində 30 faiz gəlir götürə biləcəyinə inandırıb. Bundan sonra o, Bakı şəhərinə gələrək qohumundan üç dəfəyə olmaqla ümumilikdə 100 min manat alıb. Lakin qısa vaxt sonra Salmanın hər hansı bizneslə məşğul olmaması üzə çıxıb və o, aldığı pulları qaytara bilməyib. Bundan sonra yaxın qohumlar arasında narazılıq başlayıb. Elşən dayısı oğlu barəsində şikayət edib. Salman bibisi oğluna yaşadığı evin sənədlərini verib. Oğlunun əməllərini görən Salmanın atası Müşfiq Məmmədəliyev məktub yazaraq intihar edib. O, məktubunda “min bir əziyyətlə qurduğum evin verilməsinin əleyhinəyəm”, yazıb. 


 
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə S.Məmmədəliyev bütün pulların atasına çatdığını bildirib və heç bir günahının olmadığını deyib. Zərərçəkmiş tərəf isə yaxın qohum olduğu üçün Salmanın həbs edilməsini istəmədiklərini, lakin dəymiş zərərin ödənilməsini tələb etdiklərini deyiblər.

 

Kamal Məmmədov

Tarix: 17 İyul 2024, 10:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin