BURADA REKLAMINIZ OLA
BİLƏR

Səfirliyin fəaliyyətini bərpa etməsi İranla münasibətləri müsbət inkişaf isitqamətində dəyişəcək - RƏY

Azərbaycan və İran arasında həyata keçirilən danışıqlar nəticəsində 15 iyuldan etibarən Azərbaycanın İrandakı səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib. Hər zaman İranla dostluq münasibətlərinə yüksək qiymət verən Prezident İlham Əliyevin düşünülmüş xarici siyasətinin bariz nümunəsidir ki, Azərbaycan heç vaxt anti-İran proseslərinə qoşulmayıb. Azərbaycan dövləti daim İranın suverenliyinə, müstəqilliyinə hörmətlə yanaşıb. Paralel olarason dönəmlər Tehrandan Azərbaycanla münasibətlərə verilən pozitiv mesajlar göstərir ki, İran da Azərbaycanla münasibətlərin müsbət xətt üzrə inkişafına maraqlıdır. 

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fazil Mustafa İranda səfirliyin bərpasını müsbət addım kimi qiymətləndirib. 

Fazil Mustafa: “Azərbaycanda müxalifət olduğuna görə həbs olunma  tendensiyası yoxdur” Pravda.az

Deputat bildirib ki, bu, bilavasitə İran-Azərbaycan münasibətlərinin yaxşılaşması istiqamətində pozitiv inkişaf xəttidir: “Təbii ki, İranla münasibətlərin pozulmasında bizim hər hansı şəkildə xüsusi rolumuz yoxdur. Daha çox İran tərəfinin yanaşması belə idi ki, Ermənistana dəstək verirdi, həm də Azərbaycana qarşı bəzi köntöy davranışlarla və müəyyən terrorçu addımlarla şərait yaratmışdı. İndi bu münasibətdən uzaqlaşma, səfirliyimizin açılması ilə bağlı ümumi razılaşma varsa, biz bundan sonra elə bir ritorika istifadə etməliyik ki, münasibətlər pozulmasın, yaxşıya doğru dəyişsin. Çünki qonşu ölkə ilə bağlı hansısa problemimiz yoxdur. Qonşu ölkədə əmin-amanlıq olmasını, İranın da Azərbaycana qarşı eyni şeyi arzulamasını istəyirik. Bu baxımdan, ümid edək ki, səfirliyin açılması münasibətləri yenidən müsbət inkişaf isitqamətində dəyişəcək”. 

 

Politoloq Rəşad Bayramov da bildirib ki, İranda səfirliyin fəaliyyətini bərpa etməsi müsbət haldır: 

Polşaya atılan raketi təsadüf hesab etmək olarmı... - Şərh

“Məlumdur ki, səfirlik artıq yeni ünvanda fəaliyyətə başlayıb. İran tərəfi də beynəlxalq konvensiyalara uyğun olaraq səfirliyin və diplomatlarımızın mühafizəsinin təmin olunması üçün müvafiq öhdəliklər götürüb.  Şübhəsiz ki, bu, Azərbaycan-İran münasibətlərinin irəliləməsi baxımından əhəmiyyətli faktordur. Amma bizim bir dövlət olaraq İrandan gözləntilərimiz təkcə səfirliyin mühafizəsi ilə bağlı deyil. Məlumdur ki, Azərbaycan Prezidenti İlham Əliyevlə İranın mərhum prezidenti İbrahim Rəisi arasında keçirilən son görüşdə tərəflər arasında bir sıra razılaşmalar əldə olunmuşdu. Lakin Rəisinin ölümü bu istiqamətdə müvafiq addımların atılmasını ləngitdi. İndi isə yeni prezidentin seçilməsi və Pezeşkianın Azərbaycan türkü olması İrandan olan gözləntilərimizi daha da artırır. Bu gözləntilər içərisində İranın Zəngəzur dəhlizi ilə bağlı məsələdə mövqeyinə düzəlişlər etməsi, ayrı-ayrı səfirlərinin, hökumət nümayəndələri və din xadimlərinin, parlament üzvlərinin Azərbaycan əleyhinə bəyanatlarına son verməsi də var. Təəssüf ki, hələ də bu istiqamətdə real addımlara şahidlik etmirik. Məsələn, elə İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin son açıqlamaları, Qarabağ ermənilərinin ərazilərimizdən zorla çıxarılması haqqında bəyanatı, Zəngəzur dəhlizi ilə bağlı dedikləri və sair... Bu kimi mövqelər hələ də davam edir. Başqa sözlə desək, İran və Azərbaycan arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün olduqca böyük perspektivlər var, amma bunların təmin olunması üçün İran tərəfinin müvafiq addımlar atması şərtdir”. 

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub. 

 

Aytəkin Qardaşova 

 

Tarix: 17 İyul 2024, 10:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin