BURADA REKLAMINIZ OLA
BİLƏR

Maşınla qadını vuraraq qaçan sürücü ilə bağlı QƏRAR

Ali Məhkəmədə avtomobillə piyadanı vuraraq hadisə yerindən qaçmaqda təqsirləndirilən İ.Qədirovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb. 

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

 
Qərara əsasən, şikayət təmin edilməyib.

 

İttihama görə, hadisə 2 dekabr 2022-ci il tarixdə, saat 23 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində qeydə alınıb.

 

Belə ki, İ.Qədirov etibarnamə əsasında idarə etdiyi “Azsamand” markalı avtomobillə hərəkətdə olan zaman yolu soldan sağa keçən piyada, zərərçəkmiş K.Təhməzovanı vurub. Sonra sürücü hadisə yerindən qaçıb. Nəticədə qadın xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.

 

Hadisədən sonra İ.Qədirov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Abşeron Rayon Məhkəməsinin hökmü ilə o, 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Hökmdən narazı qalan zərərçəkmiş apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. Daha sonra K.Təhməzova kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. 

 

Kamal Məmmədov

Tarix: 18 İyul 2024, 10:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin