BURADA REKLAMINIZ OLA
BİLƏR

“Sədərək”də mağazaya basqın edən şəxslə bağlı QƏRAR

Ali Məhkəmədə "Sədərək” ticarət mərkəzində mağazaya basqın etməkdə təqsirləndirilən Elnur Əmənovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi məhkumun şikayətini təmin etməyib. Ali Məhkəmə də aşağı instansiya məhkəməsinin çıxardığı qərarı dəyişdirmədən qüvvədə saxlayıb.

 

Qeyd: Hadisə 2022-ci ilin 15 noyabr tarixində Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində qeydə alınıb. Əmənov sahibkar Şakir Ağayevin başına dəmir alətlə xəsarət yetirib, mağazadan 30 min manat pul götürərək qaçıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Elnur Əmənov şübhəli şəxs qismində saxlanılaraq həbs olunub.

 

Məhkəmə prosesi zamanı təqsirləndirilən şəxs iki ildir ki, telefon vasitəsilə onlayn qaydada qumar oyununda külli miqdarda pul uduzduğundan sözügedən cinayət əməlini törətdiyini bildirib.

 

Kamal Məmmədov

 

 

Tarix: 19 İyul 2024, 08:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin