BURADA REKLAMINIZ OLA
BİLƏR

Şəmkirdə kişi arvadını bıçaqladı

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis mayoru Eşqin Qasımov hadisə ilə bağlı məlumat verib.

 

O bildirib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1999-cu il təvəllüdlü Yusif Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.

 

***

 

08:27

 

Şəmkirdə bıçaqlanma hadisəsi qeydə alınıb.

 

APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun "Şəhərcik" adlanan yaşayış massivində qeydə alınıb.

 

Belə ki, 2006-cı il təvəllüdlü Laləzər Əhmədova bıçaq xəsarəti ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Dərhal qadın əməliyyat edilib, vəziyyətinin ağır olduğu bildirilir.

 

Məlumata görə qadını mübahisə zamanı həyat yoldaşı bıçaqlayıb.

 

Faktla bağlı araşdırma aparılır.

Tarix: 22 İyul 2024, 08:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin