BURADA REKLAMINIZ OLA
BİLƏR

Xırdalanda kütləvi dava zamanı 2 nəfərin öldüyü məhkəmədən xəbər var

Xırdalanda iki nəfərin ölümündə, bir neçə nəfərin isə ağır yaralanmasında təqsirləndirilən Tural Quliyev və xuliqanlıqda ittiham edilən Yaşar Mövsümovun barəsindəki qərardan yenidən kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses iyulun 23-nə təyin edilib.

 

Şikayət hakimi Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Roman Mirzəyev 2 il, Y.Mövsümov 3 il və T.Quliyev isə 19 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Hadisə 2020-ci ilin iyul ayında Abşeron rayonu, Xırdalan şəhəri, Mirzə İbrahimov küçəsində qeydə alınıb. Bir qrup şəxs arasında kütləvi dava baş verib. Nəticədə Məmməd Məmmədov və Həsən adlı şəxs orada ölüb. 29 yaşlı T.Quliyevlə 29 yaşlı Həsənəliyev İlqar Yaşar oğlu ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.

 

Bu iş üzrə daha əvvəl məhkəmənin hökmü ilə digər qrupun üzvlərindən Xəlil Məmmədov xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə ittiham olunaraq 18 il 6 ay, xuliqanlıqda təqsirləndirilən Bahadur Əliyev isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov

 

Tarix: 22 İyul 2024, 12:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin