BURADA REKLAMINIZ OLA
BİLƏR

Gürcüstanda zəlzələ olub, Azərbaycanın sərhəd rayonlarında da hiss edilib

Gürcüstan ərazisində zəlzələ qeydə alınıb.

Bu barədə Pravda az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

"Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Gürcüstan ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ Azərbaycanın sərhəd rayonlarında, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub", - deyə məlumatda qeyd edilib.

Bildirilib ki, zəlzələ yerli vaxtla 12:08-də 15 km dərinlikdə qeydə alınıb.

Tarix: 22 İyul 2024, 12:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin