BURADA REKLAMINIZ OLA
BİLƏR

Qızı deputatlığa namizəd olan Fəzail Ağamalı: "Məni rahat buraxın"

Xəbər verdiyimiz kimi, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı səhhəti ilə bağlı bu il parlament seçkilərində iştirak etməyəcək.

 

Onun deputat olduğu 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən isə Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalının qızı Günay Ağamalı iştirak edəcək. 


 
Salyandan olan tanınmış yazıçı-filoloq hacı Cəfər Cəfərli Günay Ağamalının seçkilərdən öncə səsləndirdiyi "Salyan camaatının mənə olan etimadını yüksək qiymətləndirirəm. Bu etimada layiq olmağa çalışacam” fikirlərinə etiraz edib. O bu haqda sosial şəbəkədə yazıb. 


 
Mövzu ilə bağlı Azxeber.com-a açıqlama verən Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bu haqda danışmaq istəmədiyini deyib:

 

"Məni rahat buraxın. Seçkilərlə və bu məsələ ilə bağlı heç kimə açıqlama vermək istəmirəm". 


 
Qeyd edək ki, Fəzail Ağamalı seçkilərdə iştirak etməməsini səhhətində olan problemlər əlaqələndirmişdi: "Bu il seçkilərdə iştirak etməyəcəm. Səhhətimdə bəzi problemlər var. Ona görə namizəd olmamağı qərara aldım. Artıq qızımın namizədliyi təsdiq olunub. Qızım, Günay Ağamalı 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən namizəd olub”.

Tarix: 22 İyul 2024, 14:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin