BURADA REKLAMINIZ OLA
BİLƏR

Menendez istefa verdi

ABŞ Konqresinin Nyu-Cersi ştatından olan ermənipərəst senatoru Robert Menendez vəzifəsindən istefa verib.

 

Bu barədə Demokratlar Partiyasının Senatdakı bəyanatında deyilir.

 

ABŞ-da məhkəmə tərəfindən korrupsiyada təqsirli bilinən senator Robert Menendez artıq istefa ərizəsini təqdim edib.

 

Xatırladaq ki, o, bir neçə il Senatın xarici əlaqələr komitəsin sədri vəzifəsini də icra edib. Yaxınlarda Menendez korrupsiya, Misir və Qətərə xarici agent kimi lobbiçilik də daxil olmaqla 16 ittihamın hamısında təqsirli bilinib.

 

APA

Tarix: 24 İyul 2024, 09:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin