BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağır tonnajlı yük avtomobili ilə 60 yaşlı qadını vuraraq öldürən şəxsə hökm oxundu

Astara Rayon Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Ramil Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 
Məhkəmənin hökmü ilə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

 

Qeyd: Hadisə 2024-cü il fevralın 19-da, saat 10 radələrində Astara rayonunun Ərçivan qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, həmin qəsəbə sakini, 1980-ci il təvəllüdlü Ramil Məmmədov idarə etdiyi "DAF" markalı yük avtomobillə həmyerlisi, 1964-cü il təvəllüdlü Xatun Hüseynovanı vurub. X.Hüseynova aldığı xəsarətlərdən ölüb. Hadisədən sonra sürücü saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

Tarix: 25 İyul 2024, 11:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin