BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakı-Sumqayıt yolu niyə çöküb?

"Çökmənin əsas səbəbi magistral yolun yaxınlığında mənzil-tikinti şirkəti tərəfindən inşa olunan binalar üçün "Azərsu" ASC-dən alınmış Texniki Şərt əsasında podratçı təşkilat tərəfindən qurulan kanalizasiya xəttinin çəkilişi və son günlərdə havanın yağmurlu keçməsidir". Bu məlumatı Abşeron Rayon İcra Hakimiyyətinin mətbuat katibi Seymur Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq verib.

 

O qeyd edib ki, yaranmış çöküntü Bakı-Quba magistral şosesinin köməkçi hissəsindədir.

 

"Belə ki, yağış suları asfalt örtüyünün altına keçərək yolun alt qatını (qırmadaş hissəsini) yuyub və nəticədə çöküntü əmələ gəlib.

 

Bildiririk ki, 27 iyul 2024-cü il tarixdən mənzil-tikinti şirkəti tərəfindən yolun bərpa işlərinə başlanacaq", - deyə S.Qasımov qeyd edib.

Tarix: 27 İyul 2024, 08:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin