BURADA REKLAMINIZ OLA
BİLƏR

"Buna ölkədə orta təbəqənin maddi imkanlarının necə əriməsinin əlamətlərindən biri kimi də baxıla bilər"

2014-cü ildə Azərbaycanda bütün minik avtomobillərinin 17%-i (yəni hər 100 avtomobildən 17-i) 5 ilə qədər istismar müddəti olan nəqliyyat vasitələri idi. Hazırda bu göstərici 5% ətrafındadır.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Rövşən Ağayev bildirib.

 

Onun sözlərinə görə, mütləq ifadədə 5 yaşa qədər olan minik maşınlarının sayı 2,3 dəfə azalaraq 186 mindən 81 min ədədə enib: "Bu dövrdə istismar müddəti 5-10 il arasında olan minik avtomobillərinin parkda xüsusi çəkisi 2 dəfədən çox azalaraq 21%-dən 10%-ə enib.  Mütləq ifadədə 5-10 yaş intervalında olan  minik maşınlarının sayı 35% azalaraq 232 mindən 152 min ədədə enib. 10 ildən çox istismar müddəti olan minik maşınlarının parkda xüsusi çəkisi isə 62%-dən 85%-ə yüksəlib. Bu yaşda minik avtomibillərinin sayı isə 2 dəfəyə yaxın artaraq 682 mindən 1,262 milyon ədədə çatıb. Təzə maşınların, xüsusən 5-10 yaş intervalında nəqliyyat vasitələrinin sayının sürətlə azalması ölkədə orta təbəqənin maddi imkanlarının necə əriməsinin əlamətlərindən biri kimi də baxıla bilər".

Tarix: 29 İyul 2024, 11:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin