BURADA REKLAMINIZ OLA
BİLƏR

Çingiz Hüseynzadə: Paris olimpiadaya tam hazır deyil

Düşünürəm ki, Paris olimpiadaya tam hazır deyil.

 

Bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə jurnalistlərə açıqlamasında deyib.

 

MOK rəsmisi Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ev sahibi şəhərin yarışa tam hazır olmadığını bildirib:

 

"Hələ cüdo yarışları başlamamışdan qabaq müəyyən natamamlıqlar var idi. Bundan başqa nəqliyyat problemi diqqətdən qaçmır. İnanıram ki, bir müddət sonra ev sahibləri öz səhvlərini anlayacaq və problemləri aradan qaldıracaqlar. Adətən başlanğıçda müəyyən səhvlər olur. Lakin Parisdə bu problemlər daha qabarıq şəkildə biruzə verir. Ümid edirik ki, neqatif hadisələr yaşanmaz və yarışlar uğurla başa çatar".

 

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

 

Report

Tarix: 30 İyul 2024, 02:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin