BURADA REKLAMINIZ OLA
BİLƏR

Şantaja görə həbs olunan sayt rəhbəri Ali Məhkəməyə müraciət etdi

Hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən Nicat Baxşəliyevin (Ocaqlı) barəsindəki qərardan kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses avqustun 7-nə təyin edilib.

 

Şikayət hakim Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.


 
Xatırlatma: Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nicat Ocaqlı 5 il 6 ay azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub. Şəki Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. İttihama görə, N.Baxşəliyev rəhbəri olduğu "amia.az" saytı vasitəsilə ayrı-ayrı şəxslər barəsində neqativ xarakterli yazlar yazmaqla onlara təzyiq edərək, hədə-qorxu yolu ilə  pul tələb etməkdə təqsirləndirilir. Təqsirləndirilən şəxs barəsində Yevlax şəhərindəki orta məktəblərin birinin direktorunun şikayəti əsasında cinayət işi başlanıb.  Ona qarşı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə ittiham elan olunub. 

 

Kamal Məmmədov

Tarix: 5 Avqust 2024, 09:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin