BURADA REKLAMINIZ OLA
BİLƏR

"Kompleks Qazma İşləri" trestinə inzibati protokol yazıldı


AR DNŞ-nin "Kompleks Qazma İşləri" trestinə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 266.2-ci (Tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İş Qaradağ Rayon Məhkəməsinin hakimi Rufan Mürsəlovun icraatındadır.

 

Xəyal Quliyev

Tarix: 6 Avqust 2024, 08:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin