BURADA REKLAMINIZ OLA
BİLƏR

"Bakı Neft Maşınqayırma Zavodu"na yazılan protokola baxılacaq tarix açıqlandı

"Bakı Neft Maşınqayırma Zavodu" MMC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.

 

Pravda.az-ın xəbərinə görə, sənədə Sabunçu Rayon Məhkəməsinin hakimi Anar Rzayevin sədrliyi ilə avqustun 16-da baxılacaq.

 

Qeyd: Dövlət Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

Xəyal Quliyev

Tarix: 6 Avqust 2024, 08:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin