BURADA REKLAMINIZ OLA
BİLƏR

Dünya Türk İş Şurasının Azərbaycandakı nümayəndəsinə hansı maddə ilə cərimə yazılıb?

Dünya Türk İş Şurasının Azərbaycandakı nümayəndəsi Barış Altıparmaka hansı maddə ilə cərimə yazıldığı açıqlanıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnizbati Xətalar məcəlləsinin 198.1.7-ci (Əməyin mühafizəsi qaydalarının pozulmasına, yəni işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkilinin və əməyin mühafizəsinin təbliğinin təmin edilməməsinə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İş Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahovun icraatındadır.

 

Xəyal Quliyev

Tarix: 6 Avqust 2024, 09:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin