BURADA REKLAMINIZ OLA
BİLƏR

Məşhur şirkəti cərimə gözləyir - Nəqliyyat vasitəsi idarəetmə hüququ olmayan şəxsə verilib

"G Co 5" MMC barəsində inzibati protokol tərtib edilib.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 335.1-ci (Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə fiziki şəxslər altmış manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir) maddəsinə əsasən yazılıb.

 

İş Yasamal Rayon Məhkəməsinin hakimi Mirsadiq Seyidovun icraatındadır.

 

Xəyal Quliyev

Tarix: 7 Avqust 2024, 08:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin