BURADA REKLAMINIZ OLA
BİLƏR

Protokol: "Sürət" lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olub

"Sürət 2022" MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 210-cu (Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İş Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahovun icraatındadır.

 

Xəyal Quliyev

Tarix: 7 Avqust 2024, 08:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin