BURADA REKLAMINIZ OLA
BİLƏR

“Premium Bank” ASC-nin İdarə Heyətinin keçmiş sədrinə protokol yazıldı, qərardan şikayət verdi

Baş Dövlət Yol Polisi İdarəsi Əhmədov Mahir Əvəz oğluna inzibati protokol yazıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol İnzibati Xətalar Məcəlləsinin 327.4-cü (Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə yüz əlli manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

M.Əhmədov qərardan şikayət verib. İş Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin icraatındadır. Baxış iclası avqustun 15-də keçiriləcək.

 

Qeyd: Əhmədov Mahir Əvəz oğlu “Premium Bank” ASC-nin İdarə Heyətinin keçmiş sədridir. 

 

Xəyal Quliyev

Tarix: 7 Avqust 2024, 08:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin