BURADA REKLAMINIZ OLA
BİLƏR

Vüqar İskəndərov: "Siyahıda Azərbaycandan yuxarıda olan ölkələrə baxdıqda əcaib situasiyanın şahidi oluruq"

“Sərhədsiz Reportyorlar Təşkilatının uzun illərdir, verdiyi bəyanatlarının, statistik məlumatlarının baş-ayaq olduğunu görmüşük. Onlar da siyasi sifarişi həyata keçirirlər. Hətta çox vaxt günahsız jurnalistlərin qaynar nöqtələrdə ölümlərini, yaralanmalarını da ikili yanaşma ilə dərc edirlər. Özlərinə sərf edən dövlətin vətəndaşı olan jurnalistlərə xüsusi münasibət, digər dövlətlərin vətəndaşı olan jurnalistlərə isə başqa bir münasibət sərgiləyirlər. Sərhədsiz Reportyorların 2024-cü il üçün Mətbuat Azadlığı İndeksində Azərbaycanı son sıralarda göstərməsi absurd və eybəcər yanaşmanın başqa bir bariz nümunəsidir. Siyahıda Azərbaycandan yuxarıda olan ölkələrə baxdıqda nə qədər iyrənc, əcaib situasiyanın olduğunu görürük. Ümumiyyətlə, insanların fundamental azadlığına hörmət etməyən, jurnalistin yazmaq təhlükəsi olan dövlətləri yuxarıda göstərmək... Azərbaycanda sosial şəbəkələrdə, internet və digər televiziyalarda mətbuatın bu qədər azad və normal məcrada inkişafını, fəaliyyətini gözardı etmək, onu görməzdən gəlmək bu tip təkilatların fəaliyyətində adət halını alıb. Bu, ölkəmizə qarşı təzyiq alətidir”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında VI çağırış Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. 

 

“Dəfələrlə demişik, təkrar edirik. Belə siyahılar, məlumat və bəyanatlar qətiyyən əhəmiyyət kəb etmir. Onların ölkəmizin getdiyi yolda heç bir maneə olmadığı konkret bəyan edilib. Biz inkişaf yolumuzdayıq. Tutduğumuz prioritet yolunu aydın bilirik. Söz, mətbuat azadlığı, insanların fundamental azadlığı indeksində reallığa baxsaq, Azərbaycan bu gün ilk yerlərdən birini qazanan ölkələrdəndir. Sadaladığımız dəyərlərdən bar-bar bağıran ölkələrin hazırda hansı vəziyyətdə olduqlarını yaxşı görürük. Dünya keçmişdəki dünya deyil. İnformasiyanı alırıq, bilirik, görürük. Nəlbəkidə fırtına effekti yaratmaq istəyirlər. Bu isə baş tutan deyil”. 

 

Deputat bildirib ki, dünyada böyük beynəlxalq təşkilatlar, qurumlar və dövlətlər selektiv yanaşmaları ilə, özlərinə sərf edən, siyasətlərinə uyğun, əllərinə oynayan ölkələri, təşkilatları dəstəkləyirlər: “Elə bir rəy yaratmağa çalışırlar ki, onlara sərf edən təşkilatlar, dövlətlər, sözün əsl mənasında, demokratik institutların reytinqlərində, təsisatların siyahılarında yuxarı yerlər tuturlar. Bu isə öz maraqları üçündür. Zaman-zaman Azərbaycana qarşı qərəzli münasibətlərin şahidi olmuşuq. Hətta 1990-cı illərdən bəri belədir. ABŞ kimi dünyanın super güc dövləti Azərbaycanın torpaqları işğal edildiyi anda, Azərbaycanın milyondan çox qaçqını olduğu, Azərbaycan insanının terrora, soyqırımına uğradığı bir vaxtda başqa qətnamə qəbul edərək Azərbaycana maliyyə verilməsini dayandırır. Belə misallar çox çəkmək olar. Dünya bu qədər qərəz, vicdansızlıq nümunəsini çox görüb. Bu gün də görməkdədir. Hazırda dünyada baş verən ədalətsizliklər, dövlətlərin gücünə, iqtisadi imkanlarına görə digər dövlətlər üzərindəki hökmranlığı, ona yuxarıdan-aşağı baxması, istismar prosesləri davam etməkdədir. Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən və qələbə bitəndən sonra anti-terror tədbirləri həyata keçirərək öz suverenliyini tam bərpa etməsindən sonra üzərinə gələn qüvvələr daha da aktivləşməyə başladılar...” 

 

Aytəkin Qardaşova 

Tarix: 9 Avqust 2024, 14:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin