BURADA REKLAMINIZ OLA
BİLƏR

Təyyarə qəzası ilə bağlı üç günlük matəm elan edildi

Braziliya prezidenti Luiz İnasio Lula da Silva təyyarə qəzasında həlak olanların xatirəsinə ölkədə üç günlük matəm elan edib.

 

Bu barədə o, öz şəxsi “X” səhifəsində məlumat verib.

 

“Vinhedoda baş vermiş faciəvi hadisənin 61 qurbanının xatirəsinə biz ölkədə üç günlük rəsmi matəm elan etdik”, - deyə o yazıb.

 

Qeyd edək ki, dünən gündüz saatlarında Voepass aviaşirkətinə məxsus ATR-72 təyyarəsinin qəzaya uğraması nəticəsində təyyarənin göyərtəsindəki 57 sərnişin və 4 ekipaj üzvü həlak olub.

 

APA

Tarix: 10 Avqust 2024, 08:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin