BURADA REKLAMINIZ OLA
BİLƏR

Polad Bülbüloğlu yüksək vəzifəyə gətirilir

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun karyerasında yeni mərhələ başlaya bilər. Onun parlament seçkilərindən sonra yüksək vəzifəyə gətiriləcəyi bildirilir. 

 

79 yaşlı diplomat sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edir. O, namizədliyini 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən irəli sürüb. Qüvvədə olan seçki qanunvericiliyinə uyğun olaraq hazırda diplomatik fəaliyyətini dayandırıb. 

 

Bülbüloğlu  namizəd olduğu dairədə dünəndən təbliğat kampaniyasına başlayıb. "Yeni Sabah"ın əldə etdiyi məlumata görə, Polad Bülbüloğlu seçicilərin etimadını qazanacağı təqdirdə, sıravi deputat kimi fəaliyyət göstərməyəcək. O, Milli Məclisin Mədəniyyət komitəsinin sədri olacaq. Həmçinin parlamentin Azərbaycan-Rusiya dostluq qrupunun rəhbərliyi də ona həvalə ediləcək.

Tarix: 10 Avqust 2024, 11:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin