BURADA REKLAMINIZ OLA
BİLƏR

"Yararsız"ları da səfərbər etməyə başladılar

Ukraynada hətta hərbi xidmətə çağırışdan ehtiyata buraxılmış şəxs də səfərbər edilə bilər. Bu barədə "Strana.ua" məlumat yayıb.

 

"Yararsız" şəxs, onu saxlayaraq MTK-ya göndərən sərhədçilərə qarşı Zakarpat Rayon İnzibati Məhkəməsində iddia qaldırıb. Şəxs deyir ki, başqa həkimlərdən xəstəliyi ilə bağlı təsdiq alsa da, hərbi həkim komissiyası onun səhhəti ilə bağlı şikayətini "hərbi xidmətə yararsız" kimi qəbul etməyib.

 

TTK (Ukraynada hərbi komissarlığın adı) bildirib ki, həmin şəxs sivil həkimlərdən "yararsız" statusunu onlara təqdim etməyib və sənədlər təsdiq edilməyib. Məhkəmə qərara alıb ki, səfərbərlikdən möhlət almış və ya təxirə salınmış şəxslər bu barədə “TTK-nın müvafiq qaydada qeydiyyata alınması üçün aktiv addımlar ataraq” özləri məlumat verməlidirlər./Publika.az

Tarix: 11 Avqust 2024, 09:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin