BURADA REKLAMINIZ OLA
BİLƏR

Həbsdə olan Əlixan Məhərrəmli azadlığa çıxmaq istəyir

Türkiyənin Kayseri şəhərində fəaliyyət göstərmiş Azərbaycanlı Tələbələr Birliyinin rəhbəri Əlixan Məhərrəmlinin barəsindəki hökmdən apellyasiya şikayəti verilib. 

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Fərid Əyyubovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası avqustun 13-nə təyin edilib.

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Məhərrəmli tələbə qız və onun anasından hədə-qorxu ilə pul tələb etməkdə təqsirli bilinərək 6 il azadlıqdan məhrum edilib.

 

Qeyd: Ə.Məhərrəmli 2018-ci ildə Kayseri Şəhəri Azərbaycanlı Tələbələr Birliyinin, 2020-ci ildən Kayseri Türk Dünyası Tələbələr Birliyinin sədri olub.

 

İttihama görə, o, Türkiyədə təhsil alan S.Əkbərovanı (şərti) guya qeyri-qanuni hərəkətləri ilə əlaqədar şantaj edərək ondan 68 min manat tələb edib. Tələbə bu barədə anasına məlumat verdikdən sonra da təqsirləndirilən şəxs şantaja davam edib. S.Əkbərova tələbə yoldaşı Əlixan Məhərrəmlinin ondan hədə-qorxu gəlməklə 20 min dollar tələb etməsi ilə bağlı polis orqanına müraciət etmişdi.

 

Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməyib. 

 

Kamal Məmmədov

Tarix: 12 Avqust 2024, 08:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin