BURADA REKLAMINIZ OLA
BİLƏR

Satıcısını döyən sahibkara hökm oxundu

Abşeron Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Qabil Həsənovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə ona aylıq qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla 1 il müddətinə islah işləri cəzası təyin edilib. Təqsirləndirilən şəxs islah işləri cəzasını iş yeri üzrə çəkəcək.


İttihama görə, hadisə bu ilin yanvar ayının əvvəlində Abşeron rayonu, Saray qəsəbəsi, H.Əliyev prospektində yerləşən “Gəncə təndiri” çörəkbişirmə sexinin qarşısında qeydə alınıb.


Belə ki, sözügedən sexinin rəhbəri olmuş Qabil Həsənov həmin obyektdə satıcı-kassir vəzifəsində işləmiş, zərərçəkmiş Namiq Tahirliyə (şərti) gigyenik qaydalara riayət etməməsi və yararsız çörəkləri müştərilərə satmasını zənn edib. O, bu barədə zərərçəkmişə deyib, lakin Namiq isə qeyd edilən hərəkətləri etmədiyini bildirib. Bu zaman Qabil Namiqlə əlbəyaxa olub. Nəticədə o, zərərçəkmişin sifətinə bir dəfə yumruqla vuraraq ona xəsarət yetirib.


Hadisədən sonra Qabil Həsənov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Kamal Məmmədov 

Tarix: 13 Avqust 2024, 08:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin