BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabirabad xəstəxanasının direktor müavinini şantaj edən şəxslər apellyasiya şikayəti verdi

Hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən Azər Həsənov və Zamin Əmirovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Şirvan Apellyasiya Məhkəməsinin hakimi İsmayıl Əhmədovun sədrliyi ilə araşdırılacaq.


Məhkəmənin ilkin hazırlıq iclası avqustun 15-nə təyin edilib.


Xatırlatma: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər Həsənov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, digərinə isə şərti cəza verilib.


Qeyd: Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad Rayon Mərkəzi Xəstəxanasının direktor müavini Bayram Mikayılovu barəsində rüsvayedici məlumatlar paylaşacaqları ilə hədələyərək ondan 15000 manat pul tələb edən iki nəfər - rayon sakinləri A.Həsənov və ZƏmirov saxlanılıblar.


Aparılan araşdırmalar zamanı məlum olub ki, adıçəkilən şəxslər həmyerlilərini barəsində rüsvayedici məlumatlar paylaşacaqları ilə hədələyərək əvvəlcə ondan 30 000 manat pul tələb ediblər. Daha sonra 15 000 manat müqabilində razılığa gələrək, iyun-iyul aylarında zərərçəkəndən 6 100 manat pul alıblar.


Faktla əlaqədar A.Həsənov və Z.Əmirov barəsində Sabirabad RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 182.2.1-ci (Hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

 

Kamal Məmmədov 

Tarix: 13 Avqust 2024, 09:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin