BURADA REKLAMINIZ OLA
BİLƏR

Kafedə xala, dayı, bacıoğlunu bıçaqlayan şəxslə bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada, xuliqanlıqda və qanunsuz olaraq narkotik əldə etmədə təqsirləndirilən Elxan Quliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, şikayət təmin edilməyib.


Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib.


Qeyd: Hadisə 28 may 2023-cü il tarixdə saat 23 radələrində Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, döngə 1-də yerləşən adsız kafedə qeydə alınıb. Belə ki, kafedə müştəri qismində olan Ağacabədi rayon sakini, 1998-ci il təvəllüdlü Quliyev Elxan Elşən oğlu aralarında baş vermiş mübahisə zamanı digər masada əyləşən Cəbrayıl rayon sakini, 1972-ci il təvəllüdlü Səfərov Səməndər Zəxara oğluna, həyat yoldaşı, Q.Səfərovana və S.Səfərovun bacısı oğlu, 2003-cü il təvəllüdlü Məmmədli İlkin Elşən oğluna bıçaq xəsarətləri yetirib.


O, saxlanılarkən üzərindən 0,299 qram heroin aşkar edilib götürülüb.

 

Kamal Məmmədov 

Tarix: 13 Avqust 2024, 08:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin