BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azərbaycanın daxilində Avropaya güvənərək təxribat yaratmaq istəyinin heç bir nəticəsi ola bilməz" - AÇIQLAMA

“Onsuz da Avropa İttifaqının Azərbaycana münasibəti bəllidir. Buna görə də Avropa İttifaqının nümayəndəsinin radikal müxalifətlə görüşdəki tənbehlərinə, tapşırıqlarına təəccüblənmək olmaz. Ağlı başında olan bir siyasətçinin onların tövsiyəsini izləməsi, yaxud buna əməl etməsi özünü uçuruma yuvartlaması deməkdir. Azərbaycanın daxilində hansısa şəkildə Avropaya güvənərək təxribat yaratmaq istəyinin heç bir nəticəsi ola bilməz. Hətta indiyə qədər müxalifətin az-çox güclü vaxtında belə buna nail olmadılar. Biz əsas sabitlik və təhlükəsizlik problemini həll etməli, sabitliyi qorumalıyıq, bu istiqamətdə addımlar atılmalıdır”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında VI çağırış Milli Məclisdə təmsil olunan müxalifyönlü Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa deyib. 

O bildirib ki, bu qüvvələrin Azərbaycanda kimlərisə təxribatçı fəaliyyətə sövq etmələri yolverilməzdir: “Azərbaycan cəmiyyətinin buna qarşı mövqeyi onsuz da mənfidir. Təbii ki, hakimiyyət öz tədbirlərini görür. Bizdə müxalifət fəaliyyəti qanunvericiliyə uyğun şəkildə həyata keçirilir. Müxalifət istənilən mövzuda sərbəst çıxış edir, tənqid səsləndirmək, mövqeyini bildirmək imkanları var. Hansısa ölkənin əli ilə Azərbaycanda problemlər yaratmağa çalışmaq ağıllı, dürüst, vicdanlı siyasət yolu deyil. Bu yol iflasa uğrayacaq. Məncə, Avropa İttifaqının çalışmalarının bir faydası olmayacağını əvvəlcədən söyləmək olar”. 

 

Aytəkin Qardaşova 

Tarix: 13 Avqust 2024, 18:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin