BURADA REKLAMINIZ OLA
BİLƏR

Bacısına görə yeznəsi və onun qardaşını bıçaqlayan şəxsin cəzası azaldıldı

Ali Məhkəmədə Bakıda qardaşları bıçaqlamaqda təqsirləndirilən Yadigar İsgəndərovun barəsindəki qərardan kassasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin çıxardığı 9 il müddətinə azadlıqdan məhrumetmə hökmü dəyişdirilib, və onun cəzası 7 il 6 aya endirilib.

 

Qeyd: Hadisə 2022-ci il yanvarın 4-də Sumqayıtda qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Yadigar İsgəndərov aralarında yaranan mübahisə zamanı yeznəsi, 1985-ci il təvəllüdlü Xəyal Əliyevə və onun qardaşı, 1987-ci il təvəllüdlü Tural Əliyevə bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən yaralıların həyatını xilas etmək mümkün olub. Daha sonra Yadigar İsgəndərov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa zərər vurma və xuliqanlıq maddələri ilə ittiham irəli sürülüb. İttihama görə, hadisəyə səbəb Yadigarın bacısını yaşadıqları evə geri qaytarmaq olub. Xəyal isə buna etiraz edib. Bu zaman tərəflər arasında mübahisə yaranıb. Nəticədə o, qardaşları bıçaqlayıb.

 

Kamal Məmmədov

 

 

Tarix: 14 Avqust 2024, 09:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin